Zelenski Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazır olan ölkələrin adlarını açıqlayıb

Yeddi ölkə Ukrayna üçün təhlükəsizlik təminatlarına dair
beynəlxalq sazişin məzmununu müzakirə etməyə hazırdır.

AzerTimes-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir
Zelenski “Habertürk” telekanalına müsahibəsində deyib.

“ABŞ, Böyük Britaniya, Türkiyə, Polşa, Almaniya, Fransa, İsrail
– bu, hələ bütün təminatçı olmağa hazır olan ölkələr deyil, lakin
bu ölkələr gəlib təhlükəsizlik zəmanətlərinin siyahısını müzakirə
etməyə hazırdırlar. Buna görə də bu, ilk addımdır. Bu
təminatçılarla görüş, sonra təhlükəsizlik zəmanətləri ilə bağlı
birgə anlaşma, sonra isə Rusiya tərəfi ilə təmas”, – deyə
V.Zelenski bildirib.

Onun sözlərinə görə, bəzi ölkələr Ukraynanı tam dəstəkləməyə
hazırdır, bəziləri isə yox, ona görə də məsləhətçilər səviyyəsində
görüş və potensial sənədin bəndlərinin müzakirəsi zəruridir.