Xorvatiya bir sıra Rusiya diplomatını ölkədən göndərəcək

Xorvatiya Ukraynadakı vəziyyətlə bağlı NATO və Aİ ilə həmrəylik
əlaməti olaraq Rusiya səfirliyinin diplomatlarının bir hissəsini
ölkədən göndərəcək.

AzerTimes-ın məlumatına görə, bunu Xorvatiyanın xarici və Avropa
işləri naziri Qordan Qrliç-Radman deyib.

“Biz bunu (Rusiya diplomatlarının bir hissəsini ölkədən
göndərilməsini NATO və Aİ ilə – red.) həmrəylik üçün və baş
verənlərə cavab olaraq edəcəyik”, – deyə nazir bildirib.