BMT Baş Assambleyasında Rusiyanın İnsan Hüquqları Şurasından çıxarılması məsələsinə baxılacaq

BMT Baş Assambleyası cümə axşamı Rusiyanın BMT İnsan Hüquqları
Şurasında üzvlüyünün dayandırılması məsələsinə baxacaq.

AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu məsələyə
baxılmasının təşəbbüskarı ABŞ və bir sıra digər ölkələr olub.

Rusiya Federasiyasının üzvlüyünün dayandırılması üçün dünyanın
193 ölkəsindən ibarət Baş Assambleya üzvlərinin üçdə ikisinin səsi
tələb olunacaq.