Zelenski İstanbul Konvensiyasını parlamentə təqdim etdi

Zelenski İstanbul Konvensiyasını parlamentə təqdim etdi

Ukrayna Prezidenti Vladimir Zelenski İstanbul Konvensiyasının ratifikasiyası haqqında qanun layihəsini Ali Radaya təqdim edib.

AzerTimes xəbər verir ki, Zelenskinin təqdim etdiyi qanun layihəsində “Ukrayna konvensiyanın məqsədinin qadınları zorakılığın bütün formalarından qorumaq, qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısını almaq, mühakimə etmək və aradan qaldırmaqdan ibarətdir”, – deyə bildirilir.

Digər tərəfdən, qanun layihəsində müqavilədəki müddəaların ölkə konstitusiyasına zidd olmadığı və valideynlərin uşaqlarını öz inanclarına uyğun böyütmək hüququna müdaxilə təşkil etmədiyi qeyd edilib.

Teqlər: