Yadplanetliləri axtarmaq üçün agentlər göndərmişik – Klinton

Yadplanetliləri axtarmaq üçün agentlər göndərmişik – Klinton

ABŞ-ın keçmiş prezidenti Bill Klinton yadplanetlilərin 51-ci bölgədə gizləndiyini öyrənmək üçün federal agentlər göndərdiyini etiraf edib.

AzerTimes xəbər verir ki, bu barədə B.Klinton Nyu-Meksiko ştatının Rosvell şəhərində baş verən UNO qəzası ilə bağlı danışarkən deyib.

“Bununla necə məşğul olacağımızı anlamağa çalışmalıyıq, çünki biz araşdırmalarımızın çoxunu texnologiya baxımından burada edirik. Məsələn, radar tərəfindən aşkar edilməyən təyyarələri necə uçurduğumuz kimi. Buna görə də onlar çox müəmmalıdırlar. Ancaq bildiyimə görə, yadplanetlilər yoxdur”, – Klinton bildirib.

Teqlər: