Qlobal Bakı Forumu elə bir platformadır ki… – Espinoza

Qlobal Bakı Forumu elə bir platformadır ki… – Espinoza

Qlobal Bakı Forumu beynəlxalq problemlərin həllində struktur yanaşma təqdim edən nadir platformadır.

AzerTimes xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun iştirakçısı, Ekvadorun sabiq xarici işlər naziri, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Mariya Fernanda Espinoza bildirib.

O qeyd edib ki, Forumun gedişində qlobal dünya nizamına təhdidlərin geniş spektrinə, o cümlədən gender və etnik qeyri-bərabərliyə, eləcə də iqlim dəyişmələrinə toxunulub. M.Espinoza dövlət xadimlərini, nüfuzlu dünya təşkilatlarının və beyin mərkəzlərinin nümayəndələrini bir yerə toplayan Qlobal Bakı Forumunun müstəsna rolunu vurğulayıb.

Dünyada qloballaşmanın potensialına və problemlərinə toxunan M.Espinoza deyib: “Qloballaşma dünyanın mədəniyyət, informasiya texnologiyaları, ticarət sahələrində və bir çox müxtəlif istiqamətlərdə səyləri birləşdirən güclü mexanizmdir. Qloballaşmanın dünyada yalnız ümumi rifahın təmin olunduğu halda uğur qazanmaq şansı var”.

Teqlər: