Zelenski “Borispol” hava limanında güc strukturları rəhbərləri ilə görüş keçirib

Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik
Konfransından qayıtdıqdan sonra Borispol Beynəlxalq Hava Limanında
təhlükəsizlik və müdafiə strukturlarının rəhbərliyi ilə görüş
keçirib.

Trend xəbər verir ki, bu barədə məlumatı dövlət başçısının ofisi
yayıb.

Qeyd olunur ki, V.Zelenski Ukraynanın şərqində son 24 saat
ərzində baş verən hadisələr və qoşunların döyüş hazırlığının
vəziyyəti ilə bağlı ətraflı məruzələri dinləyib, həmçinin kəşfiyyat
orqanlarından ən son məlumatlar alıb.

“Bundan əlavə, təxirəsalınmaz humanitar problemlər və onların
həlli yolları müzakirə olunub.

İclas iştirakçıları hadisələrin gələcək inkişafının mümkün
ssenarilərini və onların hər birinin həyata keçiriləcəyi təqdirdə
Ukraynanın addımlarını müzakirə ediblər.

Vladimir Zelenski qoşunların aktual əlavə maddi-texniki
təchizatı ilə bağlı göstərişlər verib”, – məlumatda deyilir.

Teqlər: