Almaniyada yeni yüngül tankını təqdim edib

Almaniyanın “Rheinmetall” şirkəti Lynx zirehli maşınlar
ailəsindən olan yeni modelini təqdim edib. Zirehli texnika yivsiz
(hamar) lülə ilə təchiz edilib.

Trend xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında
bildirilir.

Yüngül tank Lynx KF41 piyada döyüş maşınının şassisi əsasında
hazırlanıb. Piyada döyüş maşınının döyüş modulu Leopard 2 tankında
istifadə olunan 120 mm-lik hamar lüləli yeni qüllə ilə əvəz edilib.
Texnikanın sursat komplektinə proqramlaşdırıla bilən detonasiyalı
DM11 qəlpəli-fuqas mərmilər daxildir. Tank həmçinin, iki pulemyotla
da təchiz edilib.


Lynx 120 hədəfləri avtomatik aşkarlayan və izləyə bilən dairəvi
kamera sistemi ilə təchiz olunub.