Çinin XİN rəhbəri Ukrayna məsələsində bütün tərəfləri sülh üçün səy göstərməyə çağırıb

Çin Dövlət Şurasının üzvü və xarici işlər naziri Vang Yi Ukrayna
məsələsində bütün tərəfləri gərginliyi artırmaq, panika yaratmaq və
hətta müharibə təhlükəsi yaratmaq əvəzinə, üzərinə lazımi
məsuliyyəti götürməyə və sülhə nail olmaq üçün səy göstərməyə
çağırıb.

Trend xəbər verir ki, Vang bu sözləri şənbə günü videobağlantı
vasitəsilə 58-ci Münhen Təhlükəsizlik Konfransında NATO-nun şərqə
doğru genişlənməsi, Avropa təhlükəsizliyi və Ukraynadakı vəziyyətlə
bağlı sualları cavablandırarkən deyib.

“Avropa təhlükəsizliyi məsələsinə gəldikdə, bütün tərəflər öz
narahatlıqlarını ifadə edə bilərlər və Rusiyanın qanuni
təhlükəsizlik narahatlıqlarına hörmət edilməli və ciddi qəbul
edilməlidir.


Çin bütün tərəflərdən dialoq və məsləhətləşmələr yolu ilə
Avropanın təhlükəsizliyini qorumaq üçün həqiqətən əlverişli həll
yolu tapmasını gözləyir”, – nazir vurğulayıb.