Zaqataladakı yanğın davam edir: helikopterlər havada…

Zaqataladakı yanğın davam edir: helikopterlər havada…

Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

AzerTimes Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, havanın isti və küləkli olması, relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirir.

Hazırda yanğının söndürülməsi əməliyyatında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.

Əlavə məlumat veriləcək.

Teqlər: