Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu gün saat 00:00-dan sabah 22:00-dək Tbilisi prospektinin Abbasqulu Ağa Bakıxanov küçəsindən Akademik Həsən Əliyev küçəsinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

AzerTimes xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 5 müntəzəm marşrutun (2, 37, 52, 65 və 79 nömrəli) hərəkət sxemi alternativ küçələrlə (İnşaatçılar pr., Ə.Haqverdiyev küç., Ş.Mehdiyev küç., A.Bakıxanov küç.) təşkil ediləcək.

Teqlər: