Almaniya İsrailin bu zenit sistemini alır

Almaniya İsrailin bu zenit sistemini alır

Almaniya İsraildən “Hetz-3” raket əleyhinə kompleksini almaq niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın ARD kanalı məlumat yayıb.

Məlumata görə, Almaniya 2017-ci ildən İsraildə istifadəyə verilən ən son “Hetz-3”-ü almağa çalışır:

“Hetz-3” zenit-raket sistemləri 100 km-ə qədər yüksəklikdə ballistik hədəfləri ələ keçirə bilən raketlərlə təchiz edilib. Kompleks yaxın və ortamənzilli (uçuş məsafəsi 400-dən 5500 km-ə qədər) raketləri tutmaq üçün nəzərdə tutulub. Kompleks 900 km-ə qədər məsafədə olan hədəfləri aşkar etməyə qadirdir”.

Qeyd olunur ki, “Hetz-3” Amerika və İsrailin ortaq işi olduğundan Almaniya ABŞ-dan da icazə almalı olacaq.

Teqlər: