Zaqatalada metamfetamin alverçisi tutulub (FOTO)

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Zaqatala Rayon Polis
Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat zamanı
rayon ərazisində psixotrop maddələrin satışı ilə məşğul olan,
əvvəllər bir neçə dəfə məhkum edilmiş şəhər sakini Yusif Həbilov
tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, üzərinə
keçirilən baxış zamanı ondan sellofan torbada satış məqsədilə
üzərində daşıdığı külli miqdarda psixotrop maddə olan metamfetamin
aşkarlanıb.

Saxlanılan şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin
istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə
cinayət işi başlanılıb.Məhkəmənin qərarı ilə Yusif Həbilov
barəsində həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam
etdirilir.

Teqlər: