Kapital Bank əməkdaşları ağacəkmə aksiyasında iştirak edib (FOTO)

11 aprel 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası
(ABA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü
ilə ağacəkmə aksiyası keçirildi. Təşəbbüs çərçivəsində Bakı şəhəri,
Müşfiqabad qəsəbəsində yerləşən 51 hektar ərazidə ölkə banklarının
əməkdaşlarının iştirakı ilə müxtəlif ağaclar əkildi.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev,
ABA-nın prezidenti Zakir Nuriyev, Kapital Bank-ın İdarə Heyəti
sədrinin müavini Yaşar Məmmədov, bankın əməkdaşları və digər rəsmi
şəxslər iştirak edirdi. Aksiya çərçivəsində ağacların əkilməsi ilə
yanaşı, həmçinin damcılı suvarma sisteminin qurulması işləri də
həyata keçirilib.

Bu tədbir Azərbaycan Banklar Assosiasiyası və Ekologiya və Təbii
Sərvətlər Nazirliyi arasında ölkədə yüksək keyfiyyətli ekoloji
mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlərə
dəstək göstərilməsi sahəsində imzalanan anlaşma memoranduma əsasən
baş tutub.

Qeyd edək ki, Kapital Bank korporativ sosial məsuliyyət
strategiyasına uyğun olaraq ölkə üzrə müxtəlif ağacəkmə
aksiyalarına dəstək göstərir. Ötən il Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə işğaldan
azad olunan Zəngilan rayonunda “Zəfərdən Dirçəlişə” adlı aksiyada
da iştirak edib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/krdt,
BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Teqlər: