Azərbaycanda bu məktəbdə bir şagird, iki müəllim var

Azərbaycanda şagird sayı ən az və ən çox olan məktəblər
açıqlanıb.

Trend-in sorğusuna cavab olaraq Təhsil
Nazirliyindən bildirilib ki, ən az şagirdi olan məktəb Qusar rayon
Çətkün kənd ibtidai məktəbidir.

Məktəbdə 1 şagird təhsil alır, 2 müəllim çalışır.

Qeyd edilib ki, ən çox şagirdi olan məktəb isə Abşeron rayon
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbidir.

Məktəbdə 6254 şagird təhsil alır və 426 müəllim çalışır.

Teqlər: