Zaqatalada kişi arvadını, daha sonra isə özünü öldürüb

Aprelin 17-si Zaqatala rayonu, Çardaxlar kəndi ərazisində
1985-ci il təvəllüdlü Qılman Həsənov və Xavər Həsənovanın
yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil
olги.

Zaqatala rayon prokurorluğundan AzerTimes-a bildirilib ki, aparılmış
ilkin araşdırmalarla Xavər Həsənovanın əri Qılman Həsənovun şəxsi
münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı
kəsici-deşici alətlə Xavər Həsənovaya xəsarətlər yetirərək qəsdən
öldürməsinə, daha sonra özünə həmin alətlə xəsarət yetirərək
intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Teqlər: