Muğlada meşə yanğını başlayıb

Türkiyənin Muğla əyalətində meşə yanğını başlayıb.

AzerTimes-ın Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yanğın
yerli vaxtla təxminən saat 05:00-da (Bakı vaxtı ilə 06:00) Bodrum
yaxınlığında başlayıb.

Hazırda yanğınsöndürənlər bir sıra yanğın yerlərinə çata bilmir,
yerli sakinlər onlara dəstək verir.