Mingəçevir Dövlət Universitetində “Sahibkarlıq ekosistemi” mövzusunda seminar keçirilib

2022-ci ilin 12 aprel tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil
Mərkəzinin (MDTM) təşkilatçılığı ilə “Sahibkarlıq ekosistemi”
mövzusunda seminar keçirilib. “Microsoft Teams” platforması
üzərindən onlayn formatda təşkil olunan seminarda MDU-nun akademik
heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

MDU-dan AzerTimes-a bildirilib ki, Almaniyanın Siegen
Universitetinin və SRH Tətbiqi Elmlər Universitetinin qonaq
professoru Müslüm İbrahimov seminarda məruzə ilə çıxış edib.

Məruzədə professor sahibkarlıq ekosistemlərinin qurulması, yeni
şirkətlərin yaradılması, onların maliyyə, texnologiya, insan
resurslarına və bazarlara çıxış imkanlarının genişləndirilməsi
haqqında danışıb, uzunmüddətli dövrdə səmərəli və
rəqabətqabiliyyətli fəaliyyətin təmin edilməsinə hədəflənən müvafiq
bazar şəraitinin formalaşdırılmasından bəhs edib.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzə
ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar
cavablandırılıb.

Qeyd edək ki, kadr hazırlığının keyfiyyət səviyyəsinin
yüksəldilməsini diqqət mərkəzində saxlayan MDU-da təhsilalanların
bilik və təcrübələrinin artırılması məqsədilə qabaqcıl yerli və
xarici tərəfdaş universitetlərlə əməkdaşlıq çərçivəsində müvafiq
təlimlərin və seminarların təşkilinə xüsusi önəm verilir.

Teqlər: