Yunanıstan sahillərində yanan gəmidəki şəxslərdən 12-si itkin düşüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Ötən gün İon dənizində Yunanıstan sahillərində yanğın baş vermiş
kruiz laynerində olan şəxslərdən 12 nəfəri itkin düşüb.

Trend-in
məlumatına görə, onlardan yeddi nəfərinin Bolqarıstan vətəndaşı
olduğu deyilir.

Hazırda itkin düşənlərin axtarışları davam etdirilir.

Xatırladaq ki, ötən gün İtaliya bayrağı altında üzən “Euroferry
Olympia” laynerində yanğın baş verib.

Gəmidə 239 sərnişin və 51 heyət üzvü olub. Onların böyük
əksəriyyəti xilas edilib, xəsarət alanlar olmayıb.