Samuxda koronavirus xəstəsi məsuliyyətə cəlb edilib

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən
keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin
nəticəsi pozitiv çıxan rayonun Lək kənd sakini E. Məmmədovun ev
şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud
şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki
regional qrupundan AzerTimes-a verilən məlumata görə, polis əməkdaşları
dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş
tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana göndərib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: