Yunanıstan ABŞ-dan F-35 qırıcıları alacaq

Yunanıstan Lockheed Martin şirkəti istehsalı olan beşinci nəsil
çoxməqsədli qırıcı-bombardmançı təyyarələrin alınması üzrə ABŞ-la
əməkdaşlığa başlayır.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə baş nazir Kiriakos
Mitsotakis Ağ Evdə ABŞ prezidenti Co Baydenlə danışıqlardan sonra
birgə mətbuat konfransı zamanı bildirib.

O, iki ölkənin müdafiə sənayesi sahəsində uzunmüddətli
əməkdaşlığı davam etdirəcəyinə ümidvar olduğunu bildirib.

“Ümid edirəm ki, biz bu təyyarəni silahlı qüvvələrimizin
arsenalına əlavə edə biləcəyik. Mən xoşbəxtəm ki, cümə günü
Lockheed Martin rəsmi olaraq Yunanıstan sənayesinə sərmayə qoymaqda
maraqlı olduğunu bildirdi.”