ABŞ Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı konsensusun tapılacağına inanır

ABŞ Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəyini alqışlayır
və alyansın bu namizədlər üzrə konsensusa gələ biləcəyinə
inanır.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə Ağ Ev təmsilçisi Karine
Jan-Pyer deyib.

“Biz Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəyi ilə bağlı
son bəyanatlarını alqışlayırıq, Brüsseldə rəsmi olaraq təqdim
olunan ərizələri dəstəkləyəcəyik”, – o bildirib.

Jurnalistin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə mane
olacağını deyən Türkiyənin mövqeyi ilə bağlı sualını cavablandıran
Jan-Pyer ABŞ dövlət katibi Antoni Blinkenin alyans ölkələri
arasında sonunda konsensusun tapılacağına inandığı barədə
bəyanatına istinad etmişdir.

Qeyd edək ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan
rəsmi Ankaranın Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı
olmayacağını bəyan etmişdir.