Şimali Koreyada 270 minədək yeni koronavirusa yoluxma halını qeydə alınıb

Şimali Koreyanın Milli Fövqəladə Hallar İdarəsi son sutka
ərzində ölkədə 269 min yeni koronavirusa yoluxma halının
aşkarlandığını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Koreya Mərkəzi
Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Bildirilir ki, daha altı vətəndaş infeksiya nəticəsində
dünyasını dəyişib. Beləliklə, hazırda ölkədə ölənlərin ümumi sayı
56-dır.

Agentliyin məlumatına görə, aprelin sonundan mayın 16-dək ölkədə
1,48 milyon nəfərdə yoluxma faktı qeydə alınıb, onlardan 819 mini
sağalıb, 663 mini hazırda müalicə olunur.