“Young Lions Azerbaijan 2022” müsabiqəsinə qeydiyyat başlayıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə
“Young Lions Azerbaijan 2022” müsabiqəsi keçirilir. Müsabiqənin
qalibləri Fransanın Kann şəhərində baş tutacaq böyük finalda
iştirak etmək hüququ əldə edəcəklər.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, reklam istehsalçılarının ən nüfuzlu beynəlxalq
festivalı 1954-cü ildən bəri hər il Fransanın Kann şəhərində
keçirilən “Cannes Lions” hesab olunur. Bu festivalın gənc reklam
mütəxəssisləri üçün nəzərdə tutulan “Young Lions” adlı mərhələsi
isə ikinci dəfə ölkəmizdə təşkil olunur. 1955-ci ildən bəri təşkil
olunan bu müsabiqədə 30 yaşadək (24 iyun, 1990 təvəllüd və ya daha
sonra doğulanlar) yaradıcı şəxslər ikili komanda şəklində iştirak
edə bilərlər. “Young Lions Azerbaijan 2022” yarışmasında “çap” və
“videoçarx” kateqoriyaları üzrə müsabiqə keçiriləcəkdir.

Müsabiqədə qeydiyyatdan keçən iştirakçıların növbəti mərhələdə
müsabiqə təşkilatçıları tərəfindən göndəriləcək təlimata əsasən
“çap” kateqoriyası üçün 24 saat, “videoçarx” üçün isə 72 saat
ərzində yaradıcı məhsul hazırlamaları tələb olunur. Göndəriləcək
işlər beynəlxalq münsiflər heyəti tərəfindən dəyərləndiriləcək, hər
kateqoriya üzrə bir komanda olmaqla ümumilikdə 2 qalib komanda
müəyyənləşdiriləcəkdir. Müsabiqənin əsas mükafatı hər kateqoriya
üçün iki nəfərdən ibarət komandanın “Young Lions Competitions 2022”
finalında iştirak etmək hüququ olacaq.

Son müraciət tarixi: 13 aprel 2022.

Müsabiqədə qeydiyyatdan keçmək və daha ətraflı məlumat almaq
üçün www.canneslions.az saytına daxil ola
bilərsiniz.

Teqlər: