Ceyhun Bayramov Böyük Britaniyalı həmkaı ilə Brüssel görüşünü müzakirə edib

8 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun
Bayramovun Böyük Britaniyanın Xarici İşlər, Birlik ölkələri və
İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms
Kleverli ilə telefon danışığı baş tutub.

Tərəflər, bölgədəki son vəziyyət, üçtərəfli bəyanatların icrası
ilə bağlı məsələlər, eləcə də Azərbaycan və Ermənistan arasında
münasibətlərin normallaşdırılması və bu xüsusda Brüssel görüşünü
müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər
məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Teqlər: