Yeni Zelandiya hökuməti “omikron” ştamına görə maksimum həyəcan səviyyəsi elan edib

Yeni Zelandiya ölkə daxilində koronavirusun “omikron” variantına 12 yoluxma hallarının aşkarlanması səbəbindən qırmızı, maksimum həyəcan səviyyəsinə keçir.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Baş naziri Casinda Ardern deyib.

“Yeni Zelandiya yanvarın 23-də, bazar günü saat 23:59-da qırmızı rejimə keçəcək. Biz bilirik ki, [koronavirusun “omikron” variantının yayılması] artıq həm Şimal, həm də Cənubi adalarında baş verib və bir neçə aviareysdə də yoluxma halları qeydə alınıb”.