Türkiyədə avtobus maneəyə çırpılıb, çox sayda xəsarət alan var

Türkiyənin Amasya əyalətində sərnişin avtobusu maneəyə çırpılıb.

AzerTimes-ın yerli KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində biri uşaq olmaqla 30 nəfər xəsarət alıb.

Bildirilir ki, qəza səbəb avtobusun sürücüsünun yolun buz bağlaması nəticəsində idarəetməni itirməsi olub.

Qəza yerinə çox sayda təvili yardım briqadası cəlb edilib, xəsarət alanlar xəstəxanalara çatdırılıb.