Yeni sosial reabilitasiya layihəsinə 4200 uşaq cəlb ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında “Sağlamlıq
imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin
fəaliyyətinin təşkili” layihəsinə başlanacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, layihə üzrə
Bakının rayonları da daxil olmaqla 42 rayon və şəhərdə sosial
reabilitasiya mərkəzləri fəaliyyət göstərəcək. Bu mərkəzlərə
autizm, daun sindromlu, eləcə də digər fiziki məhdudiyyətli
uşaqlardan ibarət 4200 uşaq cəlb olunaraq reabilitasiya xidmətləri
ilə təmin ediləcək.

Mərkəzlərdə uşaqların bacarıqlarının inkişaf etdirilməsi üçün
hər biri ilə fərdi plan əsasında iş aparılacaq.

Layihə çərçivəsində hər bir region üzrə 100 nəfər sağlamlıq
imkanları məhdud uşağa sosial-psixoloji, tibbi reabilitasiya,
abilitasiya, habelə ailəsinə dəstək və maarifləndirmə yönümlü
xidmətlərin göstərilməsi planlaşdırılır.

Teqlər: