İsmayıllı meşəsində narkotik əkən şəxs saxlanıldı

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olan
şəhər sakini Qorxmaz Rəsulov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, onun meşəlik ərazidə becərdiyi 12 ədəd
çətənə bitkisi polis əməkdaşları tərəfindən aşkar edilərək maddi
sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik
tərkibli bitkiləri bir müddət əvvəl becərdiyini və xüsusi qulluq
göstərdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq
tədbirləri davam etdirilir.

Teqlər: