Ələt azad iqtisadi zonasının genişləndirilməsi planlaşdırılır

Ələt azad iqtisadi zonasının (AİZ) genişləndirilməsi
planlaşdırılır.

Trend-in məlumatına görə, bunu AİZ-in
Səlahiyyətli Qurumunun idarə heyətinin sədri Valeh Ələsgərov Bakıda
keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

Onun sözlərinə görə, AİZ rəqabətqabiliyyətli mühitin
yaradılmasına yönəlmiş iqtisadi siyasətin vacib hissəsinə çevrilib: “Bizim məqsədimiz Azərbaycanda biznesə investisiyalar üçün ən yaxşı
şəraiti yaratmaqdır. Avropa İttifaqı şirkətlərini Ələt AİZ-lə
əməkdaşlığa çağırırıq”,

O, həmçinin, Ələt AİZ-in investisiya imkanlarından danışıb.

“Azad iqtisadi zonanın genişləndirilməsi planlaşdırılır, tikinti
işlərinin bu ilin iyulunda başa çatması nəzərdə tutulub. Biz AİZ-in
rezidentləri üçün ən yaxşı biznes mühiti yaradacağıq. Eyni zamanda,
gələcəkdə rezidentlərimizin biznesinin genişlənməsi və artımını
təmin edəcəyik”, – V.Ələsgərov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: