Yeni reallıqlar dünya ölkələrini azad edilmiş ərazilərdə iqtisadi layihələrə qoşulmağa cəlb edir – ŞƏRH

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu
iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtisadi artım
sürətlənib, sosial tədbirlərə dövlət dəstəyi gücləndirilib, valyuta
ehtiyatları artıb, iqtisadiyyata investisiya qoyuluşları yüksəlib,
sahibkarlığa maliyyə dəstəyi artırılıb və sosial infrastrukturun
yenidən qurulması, eləcə də digər proqramların uğurlu icrası davam
etdirilib.

Bunu AzerTimes-a Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Prezident İlham
Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr
olunan müşavirəni şərh edərkən deyib.

A.Hüseynov bildirib ki, 2022-ci ilin ötən 3 ayı Azərbaycan üçün
kifayət qədər uğurlu olub: “Bu dövr ərzində ümumi daxili məhsul 6,8
faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb.
Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq
qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. Bütün bunlar onu
göstərir ki, iqtisadiyyatımız post-pandemiya dövründə yeni inkişaf
mərhələsinə daxil olub” .

A.Hüseynov deyib ki, yürüdülən mükəmməl strategiya sayəsində
xarici dövlət borcumuz da azalır.

“Bir neçə il əvvəl xarici borc ümumi daxili məhsulun 18 faizini
təşkil edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir. Cəmi bir il
ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir
səviyyədə aşağı salınıb. Bu, həm borclanma ilə bağlı vəziyyətin
normallaşması, həm də borcun idarə olunması ilə bağlı yeni
strategiyanın tətbiqi ilə bağlıdır. Strategiyaya əsasən,
Azərbaycanın maliyyə ehtiyaclarının ən az risk-xərc prinsipi
əsasında təmin edilməsi və dövlət borcalmaları üzrə nəzarət
mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulub. Hər il dövlət
büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər azalır.
Strategiya özünün siqnallarını da verir, yəni ümumi dövlət borcuna
xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən
aşağı olması təmin edilməsi yaxın 2-3 ildə özünü doğruldacaq”, –
deyə o əlavə edib.

Millət vəkili bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlarla
fəal əməkdaşlığı da uğurla davam etdirilib və dünyanın aparıcı
beynəlxalq təşkilatları Azərbaycanın yaratdığı yeni reallıqları
qəbul edirlər.

“Xüsusilə də, ölkəmizin öz ərazi bütövlüyünü təmin etdikdən
sonra regiona yeni əməkdaşlıq və kommunikasiyların diversifikasiya
ilə bağlı formalaşdırdığı mühit, Ermənistanla bağlı sülh
müqaviləsinin imzalanması istiqamətində səylərin artırılması
beynəlxalq qurumların, o cümlədən də Avropa İttifaqı Azərbaycanla
münasibətləri yeni mərhələdə inkişaf etdirməyə səbəb olmaqdadır.
Xüsusilə də Aİ ilə təmaslar müharibədən sonra daha intensiv
xarakter almış və bu günlərdə Brüsseldə imzalanmış saziş də
Azərbaycanın ərazi bütövlüyünə dərin hörməti ifadə etməklə,
Qarabağda yeni siaysi-iqtisadi reallqıların qəbul olunmasına
dəlalət edir.

İşğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri
apoarılır, bölgədə geniş iqtisadi əməkdaşlıq mühiti üçün imkanlar
açılıb və xarici ölkələrin nüfuzlu şirkətləri bu proseslərdə
yaxından iştirak etmək üçün cəlb olunub. Bu baxımdan ölkəmizin
diqtə etdiyi bütün yeni reallıqları qəbul edən beynəlxalq
təşkilatlar, xarici ölkələr Azərbaycanla əlaqələrin müasir inkişaf
trendlərinə müsbət yanaşırlar. Sözsüz ki, bütün bunların əldə
edilməsi Cənab Prezidentin prinsipial siyasi iradəsi sayəsində baş
verməkdədir”, – deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Azər Badamov isə AzerTimes-a bildirib ki,
2022-ci il dünya iqtisadiyyatını müəyyən çətinliklərlə üz-üzə
qoyub.

“Fevral ayından başlanmış Rusiya-Ukrayna müharibəsi ölkələrarası
iqtisadi əlaqələrin inkişafına da öz mənfi təsirini göstərib. O
cümlədən, Azərbaycan da dünyanın bir parçasıdır və dünyada baş
verən iqtisadi, siyasi proseslər ölkəmizin iqtisadiyyatına da
müəyyən qədər təzyiq yaradır. Amma buna baxmayaraq, dövlət
başçımızın rəhbərliyi altında aparılan uzaqgörən siyasi-iqtisadi
kurs Azərbaycanı xarici təsirlərdən yan keçirir və ölkədaxili
iqtisadi artım templerinin qorunub-saxlanmasına imkan yaradır.

Biz bilirik ki, ölkə iqtisadiyyata pandemiyanın da kifayət qədər
mənfi təsirləri olub. Lakin vaxtında qəbul edilmiş qərarlar, həyata
keçirilən islahatların dərinləşməsi və qeyri-neft sektorunun
inkişafı istiqamətində vaxtında atılmış və gələcəyə hesablanmış
addımlar cari ilin birinci rübünü yüksək göstəricilərlə başa
vurmağımızıa imkan yaratdı.

Makroiqtisadi göstəricilərə diqqət yetirəndə görürük ki, birinci
rübdə ÜDM 6.8%, qeyri-neft itisadiyyatı 10%, sənaye istehsalı 4%
olub. Qeyri-neft sənayesi isə 18% artıb. O cümlədən, xarici ticarət
dövriyyəmiz 60%, qeyri-neft məhsullarının ixracı 45% artıb, xarici
ticarət balansımız müsbət 5,1 milyard dollar olub. Həm də xarici
dövlət borcumuz da 600 milyon dollar, ÜDM-in 12,5% qədər aşağı
salınıb”, – deyə deputat bildirib.

O qeyd edib ki, aparılan düzgün iqtisadi siyasətin
göstəricisidir ki, büdcə gəlirləri 99% icra olunmasına baxmayaraq,
Neft Fondundan olunmalı transfertlərin həcmi proqnozda nəzərdə
tutulduğundan 423 milyon az olub.

“Həm birinci rübü iqtisadiyyatımızın artımıyla yekunlaşdıra
bilməyimiz, həm də xarici dövlət borcumuzu azlatmağımız cənab
Prezidentin ölkə iqtisadiyyatının inkişafı və şəffaflaşması
istiqamətində verdiyi tapşırıqların, imzaladığı fərman və
sərancamların sayəsində mümkün olub. 2018-ci ildə xalqın səs
çoxluğu ilə yenidən dövlət başçısı seçilən cənab İlham Əliyev
andiçmə mərasimində ölkəmizdə islahatların daha da dərinləşəcəyi
ilə bağlı anonsunu vermişdi.

Cənab Prezidentin tapşırığı ilə islahatlaraın aparılmasına
vaxtında başalmağımız pandemiyaya qarşı uğurla mübarizə
aparmağımıza, müharibəni 44 gündə qələbə ilə başa çatdırmağımıza və
postpandemiya dövründə demək olarsa, indiki dövrdə iqtisadiyyatda
sıçrayışlı artıma nail olunmasına yol açdı. Təbii ki, qeyri-neft
sektorunun inkişafına dövlət dəstəyinin artırılması, iqtisadiyyatda
korrupsiyaya qarşı tədbirlərin geniləşləndirilməsi və
iqtisadiyyatın şəffaflaşdırılması sayəsində birinci rübdə Dövlət
Vergi Xidməti xətti ilə 539 milyon və yaxud 23,8%, Dövlət Gömrük
Komitəsi vasitəsilə 236 milyon və yaxud 23,7% proqnozdan əlavə
vəsait dövlət büdcəsinə mədaxil edilib”, – deyə A.Badamov
vurğulayıb.

O qeyd edib ki, dövlət büdcəsi qarşısındakı vəzifələr uğurla
icra edilir və iqtisadiyyatımız artmaqla yanaşı, gündəmimizə qiymət
artımlarına və ərzaq təhlükəsizliyinə qarşı mübarizə tədbirlərinin
görülməsi də daxil olmuşdur.

“Cənab Prezidentin tapşırığı ilə Nazirlər Kabineti süni qiymət
artımına qarşı mübarizə, ərzaq ehtiyatının yaradılması və idxal
mənbələrin şaxələndirilməsi istiqamətində müəyyən tədbirləri icra
edir. Məhz görülən tədbirlərin uğurudur ki, bu gün ölkəmizdə
kifayət qədər ərzaq ehtiyatı yardılıb və mövcud ehtiyatılar
gündəlik təhlil olunaraq müvafiq qərarlar qəbul olunur. Düşünürəm
ki, birinci rübdə əldə etdiyimiz nəticələr və ilin sonuna qədər
həyata keçirilməsi üçün nəzərdə tutulan tədbirlər nəinki ölkə
iqtisadiyyatını xarici təsirlərdən qoruya biləcək, həm də ilin
sonunda daha yüksək nəticələrə nail olmağımıza imkan verəcək”, –
deyə o əlavə edib.

Teqlər: