Bakıda hadisə yerinə iki yanğın söndürən maşın gəldi – Yanan qazan imiş (FOTO)

Bakının Yasamal rayonunda yerləşən mənzillərdən birində
tüstülənmə olub.

Trend xəbər verir ki, hadisə yerinə FHN-in yanğınsöndürənləri
cəlb olunub.

Belə ki, tüstülənmənin səbəbi ev sahibinin yemək qazanını yanar
qazın üzərində unutması olub. Ev sahibi qazı söndürməyi unudaraq,
qapını bağlayıb evdən gedib.

Yanğınsöndürənlər evə pəncərədən daxil olaraq qazı söndürüb və
baş verə biləcək yanğın təhlükəsinin qarşısını alıblar.

Teqlər: