Yeni Kaledoniya sahillərində 6,4 bal gücündə zəlzələ olub

Yeni Kaledoniya sahillərində 6,4 bal gücündə zəlzələ baş
verib.

Trend ABŞ Geoloji xidmətinə istinadən xəbər verir ki, yeraltı
təkanların episentri Tadin yaşayış məntəqəsindən 453 kilometr
cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar, dağıntılar və sunami
təhlükəsi barədə məlumat verilməyib.