“Broadcom” “VMware” şirkətini 61 milyard dollara alacaq

Dünyanın ən böyük yarımkeçirici istehsalçılarından biri olan “Broadcom” şirkəti korporativ proqram təminatının tərtibatçısı “VMware” 61 milyard dollara alacaq.

Trend xəbər verir ki,bu barədə şirkətin açıqlamasında
deyilir.

“Broadcom”un “VMware”in bütün dövriyyədə olan səhmlərini alacağı
ilə bağlı müqavilə bağladığımızı elan etdik. Sövdələşmənin dəyəri
təxminən 61 milyard dollar olacaq. “Broadcom” “VMware”in 8 milyard
dollarlıq borcunu da öz üzərinə götürəcək”, – deyə açıqlamada
bildirilir.