ABŞ Dövlət Departamenti Misirə 2,6 milyard dollar dəyərində 23 helikopter və avadanlıq satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Misirə 23 ədəd “Boeing CH-47 Chinook”
hərbi-nəqliyyat helikopterinin və müvafiq avadanlıqların satışını
təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə “Defence Daily” qəzeti məlumat
yayıb.

Potensial müqavilə 2,6 milyard dollar dəyərində
qiymətləndirilir. Avadanlıqlara “T-55-GA-714A” mühərrikləri, “INS/GPS” naviqasiya sistemləri, özünümüdafiə sistemləri və “M-240”
pulemyotları daxildir.

Müdafiə və Təhlükəsizlik sahəsində Əməkdaşlıq Agentliyi (DSCA)
xaricə silah satmaq qərarı barədə Konqresə məlumat verib.