Yeni əlillik meyarları bu günədək pensiya alanlara təsiri etməyəcək – Nazirlik

Yeni əlillik meyarları ilə bağlı dəyişiklik bu günə qədər
pensiya alan şəxslər üçün fərq yaratmayacaq.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri
Sabir Qocayev deyib.

Onun sözlərinə görə, bu günə qədər əlilliklə bağlı pensiya alan
şəxslər ödənişlərini eyni qaydada alacaqlar.

“İndiyə qədər əlillik ala bilməyən şəxslərin də bir çoxu əlillik
ala biləcək. Əlilliyi müddətsiz olanlar yenidən dəyərləndirməyə
cəlb olunmayacaq”, – deyə o əlavə edib.

Teqlər: