Yelo Bank indi Salyanda! (FOTO)

Xidmət şəbəkəsini genişləndirən Yelo Bank yeni konseptdə daha
bir filialını müştərilərin istifadəsinə verib. Salyan şəhərindəki
yeni filial Nizami küç., 2E ünvanında yerləşir.

Müasir standartlara cavab verən Salyan filialı fiziki və hüquqi
şəxslərə geniş çeşidli bank xidmətlərini təklif edir. Burada
müştərilərin rahatlığı üçün hər bir detal nəzərə alınıb.

Yeni filialın açılışı ilə bağlı Yelo Bank-ın İdarə Heyətinin
sədri Anar Həsənov qeyd edib ki, Bankın regional inkişafının hədəfi
bank xidmətlərinin əlçatanlığını təmin edilməsinə və bankın müştəri
bazasının genişləndirilməsinə yönəlib: “Strategiyamıza uyğun olaraq
ölkədəki mikro, kiçik və orta sahibkarları maliyyə resursları və
yeni bankçılıq həlləri ilə təmin etməyə çalışırıq. Salyanda da bu
istiqamətdə geniş əməkdaşlıq potensialının olduğunu görürük. Yelo
Bank-ın bu regiondakı fəaliyyətinin hər kəs üçün faydalı
olacağından əminik. 2022-ci il ərzində yerli sahibkarlığın
dayanıqlı və uğurlu inkişafı üçün Azərbaycanın digər bölgələrində
də xidmət mərkəzlərini istifadəyə verməyi planlaşdırırıq.”

Qeyd edək ki, rebrendinqdən sonra Yelo Bank mövcud filiallarını
fərqli konseptdə təmir etməklə bərabər, bir neçə yeni xidmət
nöqtəsini də müştərilərin istifadəsinə verib.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın
cavablandıraq!

Yelo Bank
Parlaq bankçılıq!

Teqlər: