ABB 5 mükafat qazandı

Azərbaycan Banklar Assosiasiyası ABB-nin ötən il həyata
keçirdiyi bir sıra layihələri mükafatlandırıb. 2021-ci ilin
nəticələrinə görə ABB “Korporativ sosial məsuliyyət”, “Ən fəal
maliyyə savadlılığı dəstəkçisi”, “Ən fəal təhsil dəstəkçisi”,
“Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə
əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Nağdsız ödənişlərin təşviqi
sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyaları üzrə ilin
qaliblərindən seçilib.

Xatırladaq ki, ötən il ABB korporativ sosial məsuliyyət proqramı
çərçivəsində XXXII Tokio Yay Olimpiya və XVI Yay Paralimpiya
oyunlarında milli komandalarımızın maliyyə tərəfdaşı olub.
Massaçusets Texnologiyalar İnstitutunun (MIT) professoru Conatan
Qruberin dünyanın aparıcı universitetlərində tədris olunan “Dövlət
maliyyəsi və dövlət siyasəti” kitabını Azərbaycan dilində nəşr
etdirərək universitetlərə, mərkəzi kitabxanalara hədiyyə edib.

Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və KOBİA ilə
tərəfdaşlıq əsasında regionlarda kiçik və orta sahibkarlar üçün
maarifləndirici təlimlər keçirib. Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi ilə birgə 2-ci ABB Regional Hakatonunu uğurla
reallaşdırıb. Həmçinin ABB Tech Akademiyasında və ABB İnnovasiya
Mərkəzində təhsil və inkubasiya proqramları davam etdirilib. İl
ərzində ABB ölkəmizdə nağdsız ödənişlərin genişləndirilməsi ilə
bağlı bir sıra önəmli addımlar atıb. O cümlədən tərəfdaşları ilə
birgə ölkəmizdə ilk dəfə olaraq dəmiryolu nəqliyyatında bank
kartları ilə təmassız ödənişlərin tətbiqinə başlayıb.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi
Facebook səhifəsindən əldə etmək olar.

Teqlər: