Almaniyada koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Almaniyada son sutka ərzində 262 752 nəfər koronavirusa yoluxub
ki, bu da pandemiya dövründə ölkədə qeydə alınan ən yüksək
göstərici olub.

Trend-in
məlumatına görə, bundan əvvəl ən yüksək göstərici fevralın 4-də
qeydə alınmışdı. Həmin gün Almaniyada 248 838 nəfər yoluxmuşdu.

Bugünədək Almaniyada koronavirusa yoluxanların sayı 16,5 milyon
nəfəri keçib.

Eyni zamanda son sutkada Almaniyada 259 nəfər koronavirusun
qurbanı olub. Bugünədək ölkədə koronavirusdan ölənlərin sayı 125
min nəfəri ötüb.