Yelo Bank bayram ərəfəsində şəhid ailələrini ziyarət etdi (FOTO)

Yelo Bank Vətənimizin ərazi bütövlüyü naminə döyüşmüş,
torpaqlarımız uğrunda şəhid olmuş hərbçilərimizə və onların
ailələrinə dəstək göstərməyi özünün vətəndaşlıq və insanlıq borcu
hesab edir. Bu dəfə Bank müqəddəs Ramazan bayramı münasibətilə
Qarabağ uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələrinə
dəstək oldu.

Xocavənd rayonu Qızıl Aypara Cəmiyyəti ilə birlikdə
şəhidlərimizin əmanəti olan ailələrə bayramqabağı ziyarət edildi.
Bankın və Cəmiyyətin birgə maliyyə dəstəyi ilə hazırlanmış bayram
sovqatlarından ibarət bağlamalar onlara təhvil verildi.

Xatırladaq ki, Yelo Bank korporativ sosial məsuliyyəti
çərçivəsində şəhid ailələri və qazilərimizə həssaslıqla yanaşır və
Qarabağ döyüşlərinin ilk günlərindən bu istiqamətdə çoxsaylı
layihələr həyata keçirir.

Bank xidmətləri (kredit, kart, depozit, mobil
əlavə və s.) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın
cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq!

Teqlər: