İstanbulda fabrik yanıb, ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərində boya fabrikində yanğın başa
verib.

Trend-in
məlumatına görə, hadisə nəticəsində 3 nəfər həlak olub, daha 9
nəfər isə xəsarət alıb.

Hadisə İstanbulun Tuzla rayonunda baş verib. Yanğının qarşısının
alınması üçün çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.