UNEC tələbələri üçün Unibroad təhsil portalının təqdimatı keçirilib (FOTO)

UNEC-də Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə xaricdə
təhsil barədə təqdimat keçirilib.

İsveçrənin Amerika Universitetinin nümayəndəsi Aleksandros
Katsidonis və Unibroad təhsil
portalının rəhbəri İradə Həsənova tələbələrə xaricdə təhsil barədə
geniş təqdimatla çıxış ediblər.

Təqdimatda unibroad təhsil portalının gənclərin xaricdə təhsil
ala bilmələri üçün yaratdığı imkanlar, eləcə də ABŞ, Avropa,
Asiyanın aparıcı ali təhsil müəssisələrində bakalavr və magistr
təhsili, qəbul qaydaları, yaşam şəraiti barədə ətraflı məlumat
verilib. Həmçinin tələbələrin xaricdə təhsillə bağlı sualları
cavablandırılıb.

Teqlər: