Yaxın vaxtlarda Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək

Yaxın vaxtlarda Azərbaycanda mobil qanunvericilik tətbiqi
istifadəyə veriləcək.

AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin
İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim
Səmədzadə “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq
cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə
deyib.

O bildirib ki, bu tətbiq vasitəsilə vətəndaşlar qanunvericilk
aktları, sənədlərlə tanış ola biləcəklər.

“Həmçinin doğum və ölümün dəqiq statistikasının aparılması da
çox vacibdir. Pandemiya dövründə biz bununla bağlı çətinliklərlə
üzləşdik və problemin aradan qaldırılması üçün vacib işlər gördük.
Hazırda doğum və ölümün statistikasının aparılması ilə bağlı heç
bir problem yoxdur. Bu halların dəqiqələr içində uçotu aparılır”, –
idarə rəisi deyib.

Teqlər: