Azərbaycanda Mediasiya Şurasının yaradılmasının böyük əhəmiyyəti var – BMT rəsmisi

Elektron məhkəmə sisteminin, Mediasiya Şurasının yaradılmasının
əhəmiyyəti böyükdür.

AzerTimes-ın məlumatına görə, bunu Birləşmiş Millətlər Təşkilatının
Azərbaycandakı ofisinin müşaviri Şəms Mustafayeva Dayanıqlı inkişaf
üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək”
mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, əhalinin ən həssas qruplarının hüquqlarının
qorunması, onların ədalətə olan çıxışı BMT-i üçün əsasdır.

“BMT və Azərbaycan tərəfindən 2021-2025-ci illərlə bağlı saziş
mərhələli şəkildə həyata keçirilir. Bizim ölkədə həssas qrupların
ədalətə çıxışının təmin olunması istiqamətində işlər aparılır. Bu
məqsədlə biz qeyri-hökumət təşkilatları və qeyri-hökumət
təşkilatlarına Dövlət Dəstəyi Agentliyi sıx əməkdaşlıq edirik.
Yaxın vaxtlarda Agentliklə memorandum imzalanacaq”, – müşavir
deyib.

O qeyd edib ki, həmçinin Azərbaycan höküməti Dayanıqlı inkişaf
Məqsədlərinə böyük önəm verir:

“Azərbaycan hökuməti indiyə qədər də hesabatlar verib. Bu
yaxınlarda Azərbaycan hökuməti yeni hesabatını verməyə hazırlaşır.
Bu da onu göstərir ki, Azərbaycan hökumətinin Dayanıqlı İnkişafa
sədaqəti çox möhkəmdir. Hökumət məsələni çox ciddi qəbul edir.
Düşünürəm ki, 2030-cu ilə qədər Azərbaycan bu məsələdə dünyada ən
qabaqcıl ölkələrdən olacaq”.

Teqlər: