Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının real ehtimalı var – Fransa səfiri

Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh
müqaviləsinin imzalanmasının real ehtimalı var.

AzerTimes-ın məlumatına görə,
bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross deyib.

Səfir qeyd edib ki, bu, hər iki ölkənin liderləri tərəfindən
müzakirə edilib.

“Rəsmi təmaslar baş tutub. Vətəndaş cəmiyyətinin nümayəndələri
də bir sıra görüşlər keçiriblər. Bu proses bizə təmkinlə nikbin
olmağa imkan verir.

Azərbaycan və Ermənistandakı bütün xoşməramlı insanların sülh
prosesini dəstəkləməsi vacibdir.

Vətəndaş cəmiyyəti mühüm rol oynaya bilər. Ziyalılar,
mütəfəkkirlər, rəssamlar, müəlliflər, aktyorlar, iş adamları, sadə
vətəndaşlar sülh naminə çıxış edərək prosesi gücləndirə bilərlər.
Sülhün əldə olunmasında qadınların xüsusilə mühüm və beynəlxalq
səviyyədə tanınmış rolu var. Fransa Avropa İttifaqı ilə birlikdə
Azərbaycan və Ermənistan liderlərinin son vaxtlar göstərdiyi
cəsarətli səyləri tam dəstəkləyir və sülhün bərqərar olması
prosesini müşayiət etməyə hazırdır”, – səfir qeyd edib.

Teqlər: