Sabahdan Bakıda yeni marşrut xətti istifadəyə verilir

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində Bakı
Nəqliyyat Agentliyi tərəfindən yeni 9 nömrəli şəhərdaxili müntəzəm
marşrut təşkil edilib. 26.04.2022-ci il tarixindən fəaliyyətə
başlayacaq 9 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Yasamal
yaşayış kompleksi (MİDA) və “Kristal Abşeron” yaşayış kompleksi,
“İnşaatçılar” və “20 Yanvar” metro stansiyaları, son dayanacaq
məntəqəsi “Nəriman Nərimanov” metro stansiyası olmaqla, hərəkət
edəcəklər.

Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq təşkil edilən
marşrut xətti üzrə sərnişindaşımalar “Xaliq Faiqoğlu” MMC-nin
müasir və komfortlu iritutumlu avtobusları ilə yerinə yetiriləcək.
Marşrut xətti üzrə gediş haqqı 0.30 azn təşkil edir və ödəniş
nağdsız formada – “BakıKart”la olacaq.

Yeni marşrut xəttinin təşkili sosial kompleksdə, eləcə də ətraf
ərazilərdə yaşayan təxminən 10 min nəfərdən artıq sərnişinin
ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə
yaxşılaşdıracaq.

Teqlər: