Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın paytaxt regionunda 5,4 bal gücündə zəlzələ baş
verib.

Trend Yaponiya Milli Meteorologiya İdarəsinə istinadən xəbər
verir ki, yeraltı təkanların episentri İbaraki prefekturasında,
ocağı isə 50 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat
verilməyib. Sunami təhlükəsi elan edilsədə, bir neçə dəqiqədən
sonra təhlükənin olmadığı açıqlanıb.