“TEKNOFEST”in Bakıda keçirilməsi Türkiyə-Azərbaycan əməkdaşlığının növbəti təzahürüdür – Emin Əmrullayev (ÖZƏL)

“TEKNOFEST” festivalının Bakıda keçirilməsi Türkiyə-Azərbaycan
əməkdaşlığının növbəti təzahürüdür.

Bunu Trend
açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, ümumtəhsil müəssisələri “TEKNOFEST”də geniş
şəkildə təmsil olunurdu.

“300-ə yaxın ümumtəhsil müəssisəsindən, həmçinin ali təhsil
müəssisələrindən komandalar bu festivalda iştirak edir. Qaliblər
arasında ümumtəhsil, peşə, ali təhsil müəssisələrinin komandaları
var idi. “TEKNOFEST” festivalı Türkiyə-Azərbaycan əməkdaşlığının,
qardaşlığının növbəti təzahürüdür. Eyni zamanda düşünürəm ki, bu
festival təhsil sahəsində də inkişafa dəstək olacaq” , – deyə
E.Əmrullayev bildirib.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçirilir.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: