Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq

Yaxın 3 gün ərzində ölkə ərazisində hava şəraiti dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, aprelin
26-27-28-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda
lokal qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir.

Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Teqlər: