QMİ sədri İsveçdə və Danimarkada Quranın yandırılmasına cəhd hallarını pisləyib

Dünyanın müxtəlif nöqtələrində dini məkan və rəmzlərin təhqir
olunması hallarının, o cümlədən Ramazan ayında İsveçdə, Danimarkada
“Qurani-Kərim”in yandırılmasına cəhd hallarını, habelə Qüdsdə baş
verən qarşıdurmaları qətiyyətlə pisləyirəm.

Trend xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə öz
iqamətgahında müqəddəs Ramazan ayı münasibətilə verdiyi iftar
süfrəsində deyib.

A.Paşazadə dini heysiyyətdən siyasi məqsədlər üçün sui-istifadə
edilməsinin yolverilməzliyini və bütün dinlərin liderləri
tərəfindən birmənalı şəkildə qınanılmalı olduğunu bildirib.

Qeyd edək ki, aprelin 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)
sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs
Ramazan ayı münasibətilə iftar süfrəsi açıb. İftar mərasimində
Azərbaycanda olan dini konfessiya rəhbərləri iştirak ediblər.

Teqlər: